İranın Abdanan şəhərində azadlıqsevərlər küçələrdə tonqallar yandıraraq yolu bağlayıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalında qeyd edilir.
Etirazçılar molla rejiminə qarşı “diktatora ölüm olsun” şüarı səsləndirirlər.
Məlumatlara görə, atəş səsləri də eşidilir, hökumət məmurları hadisə yerindən qaçırlar.
Tehranın Dərbənd məhəlləsində isə sakinlər evlərinin pəncərələrindən molla rejiminə qarşı etiraz səslərini ucaldıblar.
Onlar da “Diktatora ölüm olsun!” şüarı səsləndiriblər.
İsfahanda da azadlıqsevər gənclər küçələrə axışaraq molla rejiminə meydan oxuyur və şüarlar səsləndirirlər: “Hər öldürülən bir nəfərin ardınca min nəfər gəlir!”
www.102info.az