“Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Rusiyalı diplomat əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qafqazda vəziyyəti sabitləşdirmək üçün yollar tapmaqda Ermənistan və Azərbaycana kömək etməyə hazırdır.
www.102info.az