Filipp Kirkorov məhkəməyə verildi – FOTO

Dünya

Rusiyanın Moskva şəhərinin Taqanski Məhkəməsi pravoslav aktivist Mixail Feodoridinin müğənni Filipp Kirkorova qarşı qaldırdığı iddianı baxılması üçün qəbul edib.

Aktivist Kirkorovun musiqili klipində xaçdan səhnə obyekti kimi istifadə edilməsinə və bununla da dini hisslərin təhqir edilməsinə görə mənəvi zərərin ödənilməsini tələb edib.

Bu barədə məhkəmədən məlumat verilib.

“Məhkəmə tərəfindən Feodoridinin Kirkorova qarşı mülki iddiası qeydə alınıb”, – deyə məlumatda bildirilib.

İddiaya baxılacağı tarix hələ müəyyən edilməyib.

Kirkorovun nümayəndəsi Aleksandr Dobrovinski aktvistlərin dindarların hisslərini təhqir etdiyi ilə bağlı ittihamları rədd edib.

“Birincisi, indi də bəzilərinə rahatlıq verməyən xaçla bağlı səhnə Mariya Maqdalenaya sitayiş kimi nəzərdə tutulub. Filipp Bedrosoviç çarmıxa qalxır və bu müqəddəsin qarşısında diz çökür. Amma artisti ləkələmək niyyətində olan hər kəs görmək istədiyini və ya özünə sərf edəni görür”, – deyə Dobrovinski artistin yaradıcılıq azadlığı prinsipləri haqqında xatırladıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir