Ümumdünya Boks Təşkilatı (WBO) və Beynəlxalq Boks Federasiyasının (IBF) versiyasına görə keçmiş dünya çempionu Demyen Huper məhkəməyə çıxarılacaq. O, Avstraliyanın Brisben şəhərində oğurluqda ittiham olunur.
Polisin iddiasına görə, idmançı 2022-ci ilin iyulunda bir kişini soyub və şəxsi zorakılıq tətbiq edib. Bununla əlaqədar o, yaşayış yerinə qeyri-qanuni girmə, avtomobildən qeyri-qanuni istifadə, qəsdən zərər vurma, habelə bədən xəsarəti yetirmək, sürücü vəsiqəsi olmadan avtomobil idarə etmək və polisin işinə mane olmaq ittihamları ilə üzləşəcək.
Qeyd edək ki, boksçu 2010-cu ildə Dehli Birlik Oyunlarında və 2012-ci ildə London Olimpiadasında Avstraliya milli komandasının heyətində mübarizə aparıb.
Karyerası ərzində Huper 14 qələbə qazanıb və bir məğlubiyyətlə üzləşib. O, son döyüşünü 2018-ci ildə keçirib.
Mənbə: Gazeta.ru
www.102info.az