Bayden yenə maraqlı açıqlama verdi: “Administrasiyamdakı qadınların yarıdan çoxu qadınlardır” – FOTO/VİDEO

Dünya

Tez-tez sözləri qarışdırması və unutqanlığı ilə tanınan ABŞ prezidenti Co Bayden yenə maraqlı açıqlama verib.

Bayden ailəvi və tibbi məzuniyyət haqqında qanunun 30-cu ildönümü ilə bağlı çıxışı zamanı administrasiyasında çalışan işçilərdən bəhs edib.

“Kabinetimdəki qadınların, kabinet üzvlərinin yarıdan çoxu, administrasiyamdakı qadınların yarıdan çoxu qadınlardır”, – deyə o qeyd edib.

Baydenlə birlikdə jurnalistlər qarşısında ABŞ-nin keçmiş prezidenti Bill Klinton da çıxış edib. O, öz növbəsində Baydenin unutqanlığı ilə bağlı zarafat edib.

Mənbə: “Fox News”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir