Yamalo-Nenets Muxtar Dairəsindən olan gənc evli cütlük Lyudmila və Aleksandr yeni doğulan qızlarına “Rusiya” adını veriblər. Uşaq yanvarın 31-də anadan olub.
Gənclər bu adı dünyanın mövcud vəziyyətini, öz vətənpərvərlik hisslərini nəzərə alaraq birlikdə seçdiklərini deyiblər.
“Çox adam ölkəmizdən qaçır, deyirlər ki, utanırıq. Biz isə əksini qərar verdik – utanmırıq! Biz fəxr edirik və ölkəmizi sevirik”, – deyə Lyudmila bildirib.
Qeyd edək ki, valideynlər üçün bu, ikinci uşaqdır. Onların böyük övladlarının adı Nikolaydır.
Sosial şəbəkə istifadəçiləri valideynlərin körpəyə belə səs-küylü ad qoymaq fikrini bəyənməyiblər – onlar qızcığaza bu adla yaşamağın asan olmayacağını deyiblər və həmyaşıdlarının onu ələ sala biləcəyi barədə ata-anaya xəbərdarlıq ediblər. Ancaq cütlüyün qərarını dəstəkləyənlər də olub. Onların fikrincə, övladına hansı ad verməsi hər kəsin şəxsi işidir.
Mənbə: Muksun FM
www.102info.az