Depardye Rusiyanı tərk etdi və Ukrayna ordusunun hesabına pul köçürdü

Dünya

Tanınmış fransalı aktyor Jerar Depardye Rusiyanı tərk edib və Ukrayna ordusu üçün pul ianə edib.

Bu barədə aktyorun özü xəbər verib.

“Mən rusiyalı olduğuma görə utanıram. Mordoviyadakı mənzilimin satışından əldə olunan gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm”, – deyə Depardye bildirib.

O, həmçinin Fransa hökumətinə müraciət edərək onlardan “müharibədən qaçqın statusu” vermələrini istəyib.

Qeyd edək ki, 2013-cü ildə Rusiyaya köçən Depardye Rusiyanın Ukraynaya hücumunu elə ilk günlərdən pisləyib və Rusiya Prezidenti Vladimir Putini kəskin tənqid edib.

Mənbə: Charter97.org

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir