Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
Görüş barədə Macarıstan XİN başçısı öz “Facebook” hesabında paylaşım edib.
“Cəmi bir həftə əvvəl Budapeştdə xarici işlər naziri Ceyhun Bayramovla görüşdük və orada ölkələrimiz arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Biz indi Bakıda birgə işimizi davam etdiririk. Çoxlu yeni avropalı dostlarla yanaşı, biz Azərbaycanın köhnə dostlarıyıq, ona görə də bir-birimizi yaxşı tanıyırıq və qarşılıqlı hörmət əsasında danışıqlar masası arxasında əyləşə bilirik. Bizim məqsədimiz Azərbaycanın təbii qazını tez bir zamanda Macarıstan bazarına çıxarmaqdır”, – P.Siyarto paylaşımında qeyd edib.
Nazir Ceyhun Bayramov #Azərbaycan/a səfəri çərçivəsində Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyartonu salamlayır.
FM of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun welcomes Péter Szijjártó, FM of 🇭🇺, within his visit to 🇦🇿. pic.twitter.com/bprwNlZxnv
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 3, 2023
www.102info.az