Üsyançıları tuturlar, işgəncə verirlər, xalqı “öldürmək” istəyirlər – Kadrlar kinodan deyil, realdır – VİDEO

Dünya

Azərbaycan Televiziyasının əməkdaşları Fransa müstəmləkəsindən azad olmaq uğrunda mübarizə aparan Korsika adasından sənədli film hazırlayıblar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Korsika: etiraz adası” adlanan filmin çəkilişləri zamanı TV əməkdaşları üsyanların ən qaynar nöqtələrində olublar, hadisələrin gedişatını lentə alıblar.

Bundan əlavə, azadlıq mübarizəsinin fəallarından müsahibələr alınıb. Onlar Fransaya qarşı qəzəblərinin kökündə əslində nələrin dayandığını dilə gətiriblər. Fransa müstəmləkəsinə qarşı çıxanların həbsi, işgəncəyə məruz qalması, susdurulması üçün məhbus həyatına düçar edilməsi əhalini bir az da hiddətləndirib.

“Korsika: etiraz adası” sənədli filmi fevralın 3-də saat 22:10-da AzTV-də yayımlanacaq.

Film, həmçinin AzTV-nin rəsmi “YouTube” kanalında və “Facebook” səhifəsində də paylaşılacaq.

Filmin anonsu:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir