Çavuşoğludan İstanbulda bəzi konsulluqların bağlanmasına reaksiya: “Məqsədlidir”

Dünya

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyəyə təhlükəsizlik xəbərdarlığı edən, burada bəzi diplomatik nümayəndəlik və konsulluqlarını müvəqqəti bağlayan 9 ölkənin səfir və nümayəndələrinin çağırışı ilə bağlı sualı cavablandırıb.

Bu barədə o, argentinalı həmkarı Santyaqo Kafyero ilə İstanbulda görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb:

“Əgər terror təhlükəsi varsa, xüsusən də müttəfiqdirsə, bu təhlükənin haradan və kimdən qaynaqlandığını bizə bildirməli deyillərmi? Bizə deyirlər ki, “bizdə konkret məlumat var, təhlükə var, ona görə də onu bağlayırıq”. Bəs kimdən gəlib, haradan, kim edəcək? Bununla bağlı heç bir məlumat yoxdur. Onlar bu məlumatı bizim təhlükəsizlik bölmələrimizə, kəşfiyyat bölmələrimizə ötürməlidirlər və əgər belə bir təhlükə varsa, bu bir hücuma çevrilmədən aradan qaldırılmalıdır”.

Konkret məlumat paylaşımının olmadığını qeyd edən Çavuşoğlu bildirib:

“Yaxşı, elə bir təhlükə olduğu üçün bağladınız. Bu hücuma çevriləndə necə olacaq? Yalnız özünüzü düşünürsünüz?”

Çavuşoğlu bu açıqlamaların və bağlanmaların məqsədyönlü olduğunu düşündüyünü, dünən səfirləri nazirliyə çağıraraq, onlara məhz bunları dediyini vurğulayıb.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir