Zelenski: “Baxmutu təslim etməyəcəyik”

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qoşunlarının Donetsk vilayətində cəbhə xəttindəki Baxmutdan geri çəkilməyəcəyini bildirib.

Bunu dövlət başçısı Ukrayna-Avropa İttifaqı sammitinin yekunları üzrə mətbuat konfransında deyib.

“Baxmutu təslim etməyəcəyik. Bacardığımız qədər döyüşəcəyik”, – Zelenski bəyan edib.

Xatırladaq ki, hazırda Baxmutda gərgin döyüşlər gedir. Şəhərdəki dağıntıların miqyası Mariupolla müqayisə edilir.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir