ABŞ Ukraynaya 2,2 milyard dollarlıq hərbi yardım edəcək

Dünya

Amerika Birləşmiş Ştatları rəsmi olaraq Ukraynaya daha bir böyük hərbi yardım paketi ayırır.

Məlumata görə, 2,2 milyard dollarlıq yeni paketə tank əleyhinə “Javelin” raketləri, artilleriya sursatları, HIMARS üçün adi və uzaqmənzilli raketlər daxildir.

Beləliklə, müharibənin başlanmasından bəri ABŞ-nin Ukraynaya hərbi yardımı 29,3 milyard dollara çatıb.

Bildirilir ki, hərbi yardım paketinə daxil edilən uzaqmənzilli GLSDB raketləri 150 km atış məsafəsinə malikdir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir