“İran Azərbaycan səfirliyinin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib”.
“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında türkiyəli deputat Yunus Kılıç deyib.
O bildirib ki, Cənubi Qafqaz həssas regiondur:
“Azərbaycan indi əvvəlki Azərbaycan deyil. Həmçinin Türkiyə də əvvəlki Türkiyə deyil. Dostluğumuz daha da güclənib. Ona görə xain planların baş tutmasına imkan vermirik”.
Parlamentari, həmçinin İrandakı səfirliyimizə hücumdan danışıb:
“Əlbəttə, biz bu hadisəni pisləyirik. İran diplomatik missiyanın təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib. Bu, qınanılmalıdır. Türkiyə həmişə Azərbaycanın yanındadır”.
www.102info.az