Fevralın 5-də İraq sakinləri atası tərəfindən öldürülən 22 yaşlı bloqerin qətlini pisləyərək, gender zorakılığına qarşı etiraz aksiyası keçiriblər.
İraq Daxili İşlər Nazirliyinin nümayəndəsi Saad Maan məlumat verib ki, Tiba əl-Əli yanvarın 31-də atası tərəfindən öldürülüb.
Namus cinayəti adlandırılan qətlə səbəb ailə üzvləri arasında münaqişə olub.
Belə ki, 22 yaşlı bloqer Türkiyəyə köçüb və bu, valideynlərinin qəzəbinə səbəb olub. Sevgilisi ilə İstanbulda yaşayan qız həyatından bəhs etdiyi “YouTube” kanalı açıb. O, sevgilisi ilə evlənməyi planlaşdırıb. Lakin bu qərar qızın atasının xoşuna gəlməyib. Tiba əl-Əli ailəsini ziyarət etməyə gələndə onunla yaxınnları arasında münaqişə yaranıb. Ölümündən cəmi bir gün əvvəl yerli polis fikir ayrılıqlarının aradan qaldırılmasına kömək etməyə çalışıb.
Etiraz aksiyası keçirən ölkə sakinləri hakimiyyətdən qadınların hüquqlarının müdafiəsi sahəsində islahatların aparılmasını tələb ediblər.
Qeyd edək ki, İraqın Cinayət Məcəlləsində ərlərə arvadlarını döyməyə icazə verən maddə var.
Mənbə: lenta.ru
www.102info.az