Suriyada qonşu Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib.
Həma əyalətinin mərkəzində bir neçə bina dağılıb. Suriyanın şimalında ən azı səkkiz nəfər həlak olub.
Xilasetmə qrupları Əl-Ərbəin məhəlləsində dağıntılar arasında ölən və yaralananların axtarışını aparırlar.
Hadisə şahidlərinin sözlərinə görə, sakinlər arasında zərərçəkənlər də var. Hadisə yerinə Suriya Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları gəlib.
Xatırladaq ki, Türkiyədə gecə 7,4 maqnitudalı zəlzələ olub.
Mənbə: Al Arabiya
www.102info.az