Türkiyədə təbii fəlakət nəticəsində binaların dağıntıları altında qalan insanların xilasetmə işləri davam edir.
Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı çoxsaylı görüntülər yayılıb.
Kadrların birində uşaqların uçqun altından xilas edilmələri əks olunub.
Qeyd edək ki, Kahramanmaraş şəhərinin Pazarcık rayonunda yerli vaxtla saat 04:17-də baş verən 7,4 bal gücündə zəlzələ zamanı Qaziantep, Adıyaman, Hatay, Diyarbəkir, Mersin və bir çox şəhərlərdə güclü təkanlar hiss olunub. Böyük dağıntılara səbəb olan zəlzələdən sonra dərhal axtarış-xilasetmə işlərinə başlanılıb.
www.102info.az