Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Adıyamandan olan millət vəkili Yakup Taş dağıntılar altında qalıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə deputatın sosial media hesabından paylaşım edilib.
“Millət vəkilimiz Yakup Taş ailəsi ilə birlikdə zəlzələ səbəbindən bir çox həmyerlilərimiz kimi dağıntılar altında qalıb”, – deyən paylaşımda deputata və ailəsi üçün dua edilməsi istənilib.

www.102info.az