Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələ bir çox vilayətlərdə dağıdıcı təsir göstərib.
Oxu.Az-ın verdiyi məlumata görə, davam edən afterşoklar vəziyyəti daha da ağırlaşdırıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə hələ də binaların dağılmağa davam etdiyi görünür.
Kadrlardan biri Şanlıurfadandır. Videoda kənardan baxıldığında salamat görünən binanın saniyələr ərzində çökməsi əks olunub.
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) açıqlamasına görə, Kahramanmaraşda baş verən güclü zəlzələdən sonra 66-dan çox əlavə təkan qeydə alınıb. Bu təkanların ən böyüyü 6,6 bal gücündə olub.
www.102info.az