Ağır yaralanan 8 nəfər qazimiz Türkiyə Respublikasında davam edən müalicəsini tamamlayaraq Vətənə qayıdıb.
Bu barədə Oxu.Az-a YAŞAT Fondundan məlumat verilib.
Onlardan yeddi nəfərinin müalicə müddəti müvafiq olaraq 2 il, Calal Sadıqov Elfaq oğlunun isə bir il müddətində davam etdirilib. Təqdim olunan həkim rəyinə əsasən, onların müalicəsi ölkəmizdəki ixtisaslaşmış tibb müəssisələrində davam etdiriləcək:
1. Samir Əliyev Daşqın oğlu
2. Elşən Xanəliyev Çingiz oğlu
3. Elmar Nəsirov Elmir oğlu
4. Etiram Musayev Nağı oğlu
5. Valeh İsayev Mehrac oğlu
6. Əzim Qafarov Rafik oğlu
7. Əfsər Ataxanlı Tələt oğlu
8. Calal Sadıqov Elfaq oğlu
YAŞAT Fondunun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin fondun “8110” Çağrı Mərkəzi fəaliyyət göstərir.
www.102info.az