Türkiyədə zəlzələdən sonra təxribat xarakterli paylaşımlar edən media hesabları aşkarlandı

Dünya

Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələdən sonra əhalidə qorxu və çaxnaşma yaratmaq məqsədilə təxribat xarakterli paylaşımlar edən sosial media hesabları aşkarlanıb.

Baş Təhlükəsizlik İdarəsinin Kibercinayətkarlıqla mübarizə şöbəsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində zəlzələ ilə bağlı sosial media platformalarında təxribat xarakterli paylaşımlar edən 13 hesab müəyyən edilib. Hesabları idarə edən şəxslər təyin olunaraq aidiyyəti bölmələrə göndəriliblər.

Vətəndaşlara bununla bağlı xəbərdarlıq edilib.

Mənbə: Hürriyet

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir