Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun zəlzələ baş verən zaman videogörüntüləri yayımlanıb.
Adıyaman şəhərində koordinasiya işləri ilə məşğul olan Adil Karaismailoğlunun mətbuat konfransına bir neçə dəqiqə qalmış 7,6 bal gücündə yeni zəlzələ baş verib.
Şiddətli silkələnmə davam etdiyi müddətdə nazir masanın altına keçərək qorunmağa çalışıb. Daha sonra köməkçilərinin yardımı ilə konfransın keçiriləcəyi zaldan uzaqlaşdırılıb.
Mənbə: Haber Global
www.102info.az