Fevralın 6-da İsrailin müxtəlif şəhərlərində silsilə yeraltı təkanlar baş verib.
Yeraltı təkanlar Təl-Əvivdə, Ramat-Qan, Hayfa və Netanya şəhərlərində hiss olunub.
Zəlzələ xüsusilə çoxmərtəbəli binalarda hiss olunub.
Bununla əlaqədar çoxmərtəbəli yaşayış binalarında yaşayan sakinlər, həmçinin ofislərdə çalışan işçilər, hotellərdə yerləşən qonaqlar təhlükəsiz yaşayış məkanlarına təxliyə ediliblər.
Zəlzələnin baş verdiyini sübuta yetirən videoları telefonlarına çəkən sakinlər görüntüləri sosial şəbəkələrdə paylaşıblar.
Xatırladaq ki, Türkiyədə fevralın 6-sı səhərə yaxın baş verən 7,7 maqnitudalı zəlzələ Suriyada, Livanda, Misirdə və Kiprdə də hiss olunub. Türkiyədə 1121 nəfər həyatını itirib, 7634 nəfər xəsarət alıb. Suriyada ölənlərin sayı 800-ü, yaralıların sayı üç mini keçib.
Mənbə: Cursorinfo.co.il
www.102info.az