ABŞ prezidenti Co Bayden dağıdıcı zəlzələnin nəticələri ilə əlaqədar Türkiyə və Suriya hakimiyyətinə başsağlığı verib.
“Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntılara görə dərin kədər hissi keçirirəm”, – o, “Twitter” hesabında yazıb.
Amerika lideri həmçinin Ankaraya lazım olan bütün dəstəyi verəcəyinə söz verib. “Mən komandama vəziyyəti yaxından izləməyə davam etməyi və Türkiyə ilə koordinasiyada bütün lazımi dəstəyi göstərməyi tapşırmışam”, – o əlavə edib.
I am deeply saddened by the loss of life and devastation caused by the earthquake in Turkiye and Syria. I have directed my team to continue to closely monitor the situation in coordination with Turkiye and provide any and all needed assistance.
— President Biden (@POTUS) February 6, 2023
www.102info.az