BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq ictimaiyyəti zəlzələnin nəticələrinin aradan qaldırılmasında Suriya və Türkiyəyə kömək etməyə çağırıb.
“BMT yardım göstərməyə tam hazırdır. Bölgədəki komandalarımız ehtiyacları qiymətləndirir və yardım göstərir”, – Baş katib bazar ertəsi yaydığı bəyanatda bildirib.
Quterreş həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Mənbə: TASS
www.102info.az