KİV: Finlandiya NATO-ya İsveçsiz daxil ola bilər

Dünya

Türkiyə və Macarıstan alyansa qoşulmaq üçün ərizəni ratifikasiya edərsə, Finlandiya İsveç olmadan NATO-ya üzv olmağa hazırdır.

Bu barədə bazar ertəsi Finlandiyanın “İltalehti” qəzeti məlumat yayıb.

Nəşrin mənbəsinin məlumatına görə, ötən həftə bu məsələ Finlandiyanın aparıcı siyasətçiləri arasında müzakirə olunub.

“Biz faktları etiraf etməliyik: Biz Rusiyanın sərhəd qonşusuyuq. İsveçdəki geosiyasi vəziyyət bizimkindən tamamilə fərqlidir”, – qəzetin mənbəsi izah edib.

O, iddia edib ki, Finlandiya Milad bayramından əvvəl Türkiyə ilə razılaşmalı idi. “Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı heç bir problemi yoxdur”, – mənbə bəyan edib.

Qeyd edək ki, ötən həftə Finlandiyanın baş naziri Sanna Marin Stokholma səfəri zamanı Suominin İsveçlə birlikdə NATO-ya üzv olmaq niyyətində olduğunu təsdiqləyib. Eyni zamanda, həmin gün respublikada ictimai rəy sorğusunun nəticələri dərc olunub. Sorğuya görə, finlərin əksəriyyəti – 53%-i NATO-ya İsveçsiz daxil olmağa hazırdır.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir