Amerika təyyarə istehsalçısı “Boeing” 2023-cü ildə təxminən 2000 işçisini ixtisar etməyi planlaşdırır.
Bu barədə şirkət tərəfindən bəyanat açıqlama verilib.
“Biz ilk növbədə maliyyə və insan resursları departamentlərində 2000 nəfərlik işçi heyətini ixtisar etməyi planlaşdırırıq”, – deyə şirkətin açıqlamasında qeyd edilib.
Qeyd olunub ki, ixtisara düşəcək şəxslərin funksiyalarının bir hissəsi Hindistanın “Tata Consulting Services” şirkətinə təhvil veriləcək.
Mənbə: TASS
www.102info.az