Suriyada zəlzələdən sonra məhkumlar qiyam qaldırıblar: İŞİD silahlıları həbsxanadan qaçıblar

Dünya

Suriyada baş verən zəlzələdən sonra Türkiyə ilə həmsərhəd ərazidə yerləşən Racu şəhəri yaxınlığındakı həbsxanadan azı 20 məhbus qaçıb.

Ümumilikdə 2 minə yaxın məhbusun saxlanıldığı həbsxanadakı məhkumların təxminən 1,3 mininin İŞİD terror təşkilatının üzvü olduğu ehtimal edilir.

Zəlzələ nəticəsində həbsxana binasına ziyan dəyib. Bundan istifadə edən məhkumlar qiyam qaldırıb və müəssisənin bir hissəsini ələ keçiriblər.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir