Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
“Baş nazir Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. O, ölkənin cənub-şərq bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
Nikol Paşinyan yaralananların tezliklə sağalmasını arzulayıb”, – Ermənistan hökumətinin mətbuat xidmətinin bəyanatında deyilir.
Mənbə: TASS
www.102info.az