Rusiyada yaşayış binası uçdu: Ölənlər var – VİDEO

Dünya

Tula vilayətinin Efremov şəhərində beşmərtəbəli yaşayış binasının uçması nəticəsində beş nəfər həlak olub. Faciyə səbəb kimi qaz sızması göstərilib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib.

Nazirliyin Tula vilayəti üzrə baş idarəsinin rəisi Aleksey Pavlov 7 nəfərin xilas edildiyini bildirib.

“Hazırda 7 nəfər xilas edilib, təəssüf ki, 4 nəfər dağıntılar altında qalıb. Ümumilikdə 8 mənzilə ziyan dəyib, işlər davam edir”, – deyə o, qeyd edib.

Pavlov vurğulayıb ki,  “Efremov” mehmanxanda və 5 saylı uşaq bağçasının bazasında vətəndaşlar üçün iki müvəqqəti yaşayış məntəqəsi yaradılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir