Türkiyədə zəlzələ bölgəsində yaşayan vətəndaşların vergi borcları təxirə salınıb.
Bu barədə ölkənin Xəzinə və Maliyyə Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, zəlzələ bölgəsində vergi ödəyiciləri üçün “fors-major vəziyyət” elan edilib.
Məlumata görə, bu əyalətlərdəki vergi ödəyicilərinin vergi öhdəlikləri 31 iyul 2023-cü il tarixinə təxirə salınıb.
Qeyd olunub ki, mart, may və iyul aylarında ediləcək kredit ödənişləri mövcud konfiqurasiyadan istifadə edilərək avqust, oktyabr və dekabr aylarında ediləcək.
www.102info.az