İngiltərədə üzləri, mimikaları və ən kiçik xırdalıqları xatırlama mövzusunda qeyri -adi bacarığa malik olan polis məmuru 2012-ci ildən etibarən 2 mindən çox şübhəlinin yaxalanmasına səbəb olub.
“Vest Midlands” adlı polis təşkilatında çalışan polis məmuru yerli mediaya etdiyi açıqlamada, şübhəliləri maska taxmalarına rəğmən tanıdığını bildirib.
Sözügedən polis məmuru əsl hədəfinin 2022-ci ilə qədər 2 min 500 şübhəlini təsbit etmək olduğunu bildirib.
