ABŞ-də naməlum şəxs Co Baydenin xidmətində olan təyyarənin yerləşdiyi aviabazaya daxil olub.
Məlumatı aviabazanın nümayəndələri öz “Twitter” hesablarında dərc ediblər.
İnsident ABŞ-nin Merilend ştatında baş verib.
Aviabazaya daxil olan şəxsin qarşısını almaq üçün silahdan istifadə edilib, daha sonra o saxlanılıb.
Aviabazanın əmlakına dəyən ziyan barədə məlumat verilmir.
Hələlik naməlum şəxsin dövlətin xüsusi nəzarətində olan məkana hansı motivlərlə daxil olmağa cəhd etməsi açıqlanmır.
Mənbə: News.ru
www.102info.az