Azərbaycanın Türkiyədəki səfiri Qaziantepə gedib

Dünya

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Qaziantepə gedib.

Bu barədə “Report”un Qaziantepdə olan əməkdaşı məlumat verir.

Belə ki, Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardımı aparan təyyarə Qaziantep Hava Limanına enəcək.

Səfir yardımın qəbul edilməsində iştirak etmək üçün Qaziantepə gedib.

Faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Qaziantep Hava Limanında qəbul olunacaq.

Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərərçəkmiş vətəndaşlara humanitar yardım çatdıracaqlar.

Hava limanında olan Qaziantep valisinin müavini Muhammet Önerin “Report”un Türkiyə bürosuna verdiyi məlumata görə, humanitar yardım Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Qaziantep şöbəsindən koordinasiya olunaraq zəlzələdən zərər çəkən bölgələrə paylanacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir