Premyer Liqa nəhəngi “Qalatasaray”ın ulduzuna “elçi düşdü”

Dünya

İcarə əsasında “Qalatasaray”da çıxış edən Mauro İkardiyə daha bir müştəri tapılıb.

“Milan”, “Roma” və “Yuventus”dan sonra “Arsenal” da argentinalı futbolçunu “radar”ına alıb. Məlumata görə, London klubu yayda forvard üçün onun müqavilə ilə məxsus olduğu PSJ ilə danışıqlara başlayacaq. “Topçular” həmçinin Paris klubunun müdafiəçisi Serxio Ramos və yarımmüdafiəçisi Rantu Sanşeşə də maraq göstərirlər.

30 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilə qədərdir. Mövsümün əvvəlindən “Qalatasaray”da çıxış edən İkardi İstanbul klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 13 matçda doqquz qol, altı məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: express.co.uk

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir