Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələdən sonra dağıntılar altından yüzlərlə insanı xilas edən “mehmetcik”lərlə görüşüb.
Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
O, zəlzələdən sonra sərt hava şəraiti və başqa çətinliklərə baxmayaraq, Hatayda axtarış-xilasetmə işlərinə başlayan hərbçilərin böyük fədakarlıq və qəhrəmanlıq göstərdiklərini vurğulayıb.
“Bütün çətinliklərə baxmayaraq, ilk andan xalqımızın yanına qaçdınız. Alınlarınızdan öpürəm və sizi təbrik edirəm”, – deyə o vurğulayıb.
Görüş zamanı qeyd olunub ki, Silahlı Qüvvələrin bölmələri 29 axtarış-xilasetmə itinin dəstəyi ilə zəlzələ bölgəsində dağıntılar altında qalan 326 nəfərin həyatını xilas ediblər.
Mənbə: TRT Haber
www.102info.az