Simonyan: “Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı bir sıra təkliflər üzrə konsensus var”

Dünya

“Ermənistanla Azərbaycan arasında müzakirə edilən sülh sazişi ilə bağlı İrəvan və Bakı arasında bir sıra təkliflər üzrə konsensus var”.

Bu açıqlama ilə Ermənistan parlamentinin sədri Alen Simonyan çıxış edib.

Lakin Alen Simonyan təfərrüat barədə danışa bilməyəcəyini də əlavə edib:

“Mən onları səsləndirə bilmərəm, çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərdir”.

Mənbə: Sputnik Ermənistan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir