Tacikistanda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 10,8 min nəfərin yaşadığı Murqab qəsəbəsindən 58 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 60 km dərinlikdə olub.
Ölənlər və dağıntılar barədə məlumat yoxdur.
www.102info.az