FHN-in xilasedicilərinin bir hissəsi Türkiyədən Azərbaycana qayıdır

Dünya

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə bu ölkəyə gedən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin bir hissəsi Azərbaycana qayıdır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qurumdan qeyd edilib ki, nazirliyin çevik xilasetmə dəstəsinin bir qisminin yaxın saatlarda ölkəmizə qayıtması gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin 760 nəfərdən ibarət çevik xilasedici qüvvələri oraya yollanıb.

Eyni zamanda, Azərbaycan tərəfindən Türkiyə humanitar yardımlar da göndərilib.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir