BMT Qara Dəniz Taxıl Sazişinin iştirakçıları ilə mütəmadi əlaqə saxlayır və onu martın 18-dən sonra uzatmağı gözləyir.
Bu barədə BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsü üzrə Koordinatoru Ofisinin kommunikasiya şöbəsinin rəhbəri İsmini Palla bildirib.
“Biz bu təşəbbüsün bütün tərəfləri ilə sövdələşmənin həyata keçirilməsinin davamını təmin etmək üçün danışıqlar aparırıq. Bütün tərəflər öz narahatlıqlarını və təşəbbüslərini bildirirlər. Biz onların hamısını dinləyirik və bütün bu məsələlərin müzakirəsi üçün danışıqlar təşkil edirik. Təşəbbüs fəaliyyətinin davam edəcəyini istəyirik və buna ümid edirik”, – deyə o bildirib.
Palla qeyd edib ki, BMT tərəflər arasında məhsuldar dialoqu təmin etməyə çalışır.
“Martın 18-də bu sövdələşmənin uzadılması üçün ikinci müddət başa çatır. Deyim ki, biz bu cür işlərin bəhrəsini artıq görmüşük. Qara Dəniz Taxıl Təşəbbüsünün qlobal ərzaq təhlükəsizliyi üçün faydaları danılmazdır. Ukrayna və Rusiya Federasiyasından maneəsiz taxıl və gübrə ixracı mühüm əhəmiyyət kəsb edir. Biz bu günə qədər əldə edilmiş uğurlar və tərəqqinin inkişafına davam etməliyik”, – deyə o bildirib.
Mənbə: TASS
www.102info.az