“Rusiya Ukraynada hərbi əməliyyatları gücləndirməyə hazırlaşır. Hazırda Baxmuta yeni hücum davam edir, Rusiya hərbçiləri bu istiqamətdə çoxlu güc və vəsait sərf edirlər”.
Bu sözləri NATO Baş katibi Yens Stoltenberq Litvanın LRT telekanalına müsahibəsində deyib.
“Rusiya Ukraynanın müdafiə xəttinə Birinci Dünya müharibəsindən bəri görmədiyimiz sayda qoşun yığır”, – deyə baş katib bildirib.
Stoltenberqin sözlərinə görə, Moskva daim daha böyük müharibəyə və yeni hücum əməliyyatlarına hazırlaşır. Məhz bu məqsədlə ordu səfərbər olunur, silahlar alınır və istehsal olunur.
“Rusiya Federasiyası digər avtoritar rejimlərlə – İran və Şimali Koreya ilə əlaqələri gücləndirir, Belarus isə artıq uzun müddətdir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü üçün platformaya çevrilib”, – deyə o əlavə edib.
Mənbə: Focus.ua
www.102info.az