Yunanıstandakı qatar faciəsinin səbəbkarı məlum oldu

Dünya

Çərşənbə günü Yunanıstanda qatarın toqquşmasından sonra polis tərəfindən həbs edilən Larisa stansiyasının rəisi günahını etiraf edib.

Məlumata görə, o səhvən sərnişin qatarını yanlış yola yönəltdiyini deyib.

“Mən səhv etdim və sərnişin qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım”, – deyə stansiya rəisi polisə bildirib.

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 36 nəfər həlak olub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir