“Rusiya hərbçiləri müvəqqəti işğal olunmuş Krım yarımadasından təxliyə olunmağa davam edirlər”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat verib.
Bildirilib ki, söhbət xüsusilə Perevalnoda olan hərbçilərdən gedir.
“Müəyyən kateqoriyadan olan vətəndaşların müvəqqəti işğal olunmuş Krımdan növbəti təxliyəsi qeydə alınıb. Son vaxtlar Perevalnoda yerləşdirilən rusiyalı hərbçilər öz ailələrini Rusiyaya göndərirlər”, – deyə məlumatda qeyd edilib.
Həmçinin məlumat verilib ki, yarımadanın özündə rusiyalılar müdafiəyə hazırlaşır və istehkamlar qururlar.
Amerikalı general Ben Qodcesin proqnozlarına görə, Krım yayın sonuna qədər Rusiya işğalından azad oluna bilər. Bu o halda baş verə bilər ki, Ukrayna ordusu müttəfiqlərdən lazımi silahları alsın.
Cənub Müdafiə Qüvvələrinin Birləşmiş Koordinasiya Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk isə hesab edir ki, Krım uğrunda şiddətli döyüşlər olmayacaq, bu ərazi başqa ssenari üzrə işğaldan azad ediləcək.
Mənbə: UNIAN
www.102info.az