Türkiyə Super Liqasında növbəti iki turun oyunları ödənişsiz yayımlanacaq.
Bu barədə qonşu ölkənin gənclər və idman naziri Mehmet Muharrem məlumat verib. O bildirib ki, 3-13 mart tarixləri aralığında çempionat matçları şifrəsiz təqdim olunacaq.
Türkiyə Super Liqasında sabah XXIV tura start veriləcək. Martın 13-nə qədər isə XXV turun oyunlarına yekun vurulacaq. Beləliklə, azarkeşlər iki turu ödənişsiz izləyə biləcəklər.
Mənbə: “CNN Türk”
www.102info.az