Rusiyada təyyarə anqardan çıxmamış qəza oldu: Ölən və yaralananlar var

Dünya

Rusiyada təyyarə zavodunda “İl-76” təyyarəsinin sınaqları zamanı ölümlə nəticələnən faciə baş verib.

Bu barədə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasının Mətbuat Xidmətindən xəbər verilib.

Bildirilir ki, hadisə “Aviastar” müəssisəsində istehsalda olan hava gəmisinin füzelyajının sınaqları zamanı baş verib.

“Müəssisənin bir neçə əməkdaşı xəsarət alıb, bir nəfər ölüb. Yaralılara tibbi yardım göstərilir. Hadisənin səbəbləri müəyyənləşdirilir”, – deyə mənbədən bildirilib.

Tibbi xidmətdən yaralıların sayının altı nəfər olduğu bildirilib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir