Joze Mourinyo mövsümün sonunda “Roma”nı tərk edə bilər.
İtaliya klubunun rəhbərliyi portuqaliyalı mütəxəssisin qarşısında şərt qoyub. Əgər komanda A Seriyasında ilk “dördlüy”ə düşüb növbəti mövsüm Çempionlar Liqasında yarışmaq hüququ qazanmasa, 60 yaşlı çalışdırıcı yola salınacaq.
“Roma” 24 turdan sonra A Seriyasının turnir cədvəlində beşincidir. Paytaxt klubu dördüncü pillədəki əzəli rəqibi “Latsio”dan 1 xal geri qalır.
Mourinyonun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
www.102info.az