“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kubokunun yarımfinalında “Barselona”ya məğlubiyyəti (0:1) şərh edib.
İtaliyalı mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını deyib.
“Nəticə çox pisdir. Biz intensiv oynadıq və öz işimizin öhdəsindən gəlməyi bacardıq. İmkan vermədik ki, “Barselona” istədiyi kimi oynasın, çox təzyiq göstərdik. Məğlubiyyətə layiq deyildik. Sadəcə qol vurmağı bacarmadıq. Fürsət tapmaq çətin idi, çünki çox sıx və geridən müdafiə olunurdular”, – deyə “Football Espana” Ançelottidən sitat gətirib.
www.102info.az