“Amerika Birləşmiş Ştatları Donetsk vilayətinin Baxmut bölgəsindəki vəziyyəti diqqətdə saxlayır”.
Bu barədə Pentaqonun sözçüsü, general Patrik Rayder bildirib.
O qeyd edib ki, Pentaqon qala şəhəri uğrunda gedən döyüşlərin intensiv, bu qəsəbə ərazisindəki vəziyyətin isə dəyişkən olduğu qənaətindədir.
Patrik Rayder nəzərə çatdırıb ki, Ukrayna qüvvələri müdafiə xəttini saxlamağa davam edirlər. Eyni zamanda Rusiya qoşunları və “Vaqner” özəl hərbi şirkətinin muzdluları şəhərə hücum cəhdlərini dayandırmırlar.
Rayder vurğulayıb ki, Baxmut ətrafında vəziyyət çox qeyri-sabit olaraq qalır və ABŞ bu məsələni nəzarətdə saxlayır.
Mənbə: UNİAN
www.102info.az