Məşhur klub aşağı liqaya salına bilər

Dünya

Portuqaliyanın “Benfika” klubu ağır cəza ilə üz-üzədir.

Ölkə prokurorluğu Lissabon təmsilçisi ilə bağlı araşdırmalara başlayıb. Klub oyun alverində ittiham olunur. Məlumata görə, “Benfika” 2016-19-cu illərdə altı matçın nəticəsini əvvəlcədən müəyyənləşdirmək üçün rəqib komandaların futbolçularına pul ödəyib.

Bundan başqa, klubun “Portu” və “Sportinq”lə üz-üzə gələn komandaları yaxşı nəticəyə təşviq etmək üçün ödənişlər etdiyi bildirilir.

İddialar sübuta yetirilsə, “Benfika” ağır cəzaya məruz qalacaq. Hətta klubun aşağı liqaya salınması da mümkündür.

www.102info.az