ABŞ Prezidenti Co Bayden uğurla əməliyyat olunub.
Bu barədə onun həkiminə istinadən məlumat yayılıb.
Məlumata görə, dövlət başçısının dərisindən bədxassəli şiş çıxarılıb.
Həkimin sözlərinə görə, fevral ayında aparılan biopsiya ABŞ liderində bazal hüceyrəli karsinomanın olduğunu təsdiqləyib.
Bildirilir ki, bundan sonra Baydenin səhhəti dermatoloq tərəfindən mütəmadi olaraq izləniləcək.
Mənbə: TASS
www.102info.az