BƏƏ OPEK+ təşkilatından çıxa bilər

Dünya

BƏƏ Səudiyyə Ərəbistanı tərəfindən məhdudlaşdırılan neft hasilatını artırmaq üçün OPEK+ təşkilatından çıxmaq ehtimalı ilə bağlı müzakirələr aparır.

Bildirilir ki, son illərdə iki ərəb ölkəsi arasında neft hasilatı məsələsinə fərqli yanaşmalar, eləcə də Yəməndə nüfuz uğrunda rəqabət ucbatından fikir ayrılıqları yaranıb. Belə ki, BƏƏ daha çox neft istehsal etmək istəyir, lakin bu potensial və nəticədə gəlirlər OPEK+ təşkilatında qüvvədə olan qaydalarla məhdudlaşdırılır.

Məlumata görə, 2022-ci ilin oktyabrında BƏƏ Vaşinqtonun neft hasilatını artırmaq çağırışını dəstəkləyib, lakin Səudiyyə Ərəbistanı buna qarşı çıxıb və təşkilatın iclasında öz təklifinə dəstəyə nail olub.

Yəmən ətrafında yaranmış vəziyyətdə BƏƏ ehtiyat edir ki, Səudiyyə Ərəbistanı husilərlə münaqişənin həllində təşəbbüsü tamamilə ələ keçirəcək və əmirliklərin maraqlarına zərər verərək ölkədə öz təsirini gücləndirəcək. BƏƏ tankerlərinin hərəkət etdiyi dəniz yollarının təhlükəsizliyini təmin etmək üçün Yəmənin cənub sahillərində müəyyən təsir imkanlarını saxlamaq istəyir.

Vurğulanır ki, BƏƏ iqtisadi cəhətdən gücləndikcə bu ölkənin maraqları Ərəbistan yarımadasının ərəb ölkələri arasında hələ də lider olaraq qalan Ər-Riyadın maraqları ilə getdikcə daha çox toqquşur.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir